Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (23)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

”Xəzər Lənkəran” Futbol Klubunun bəyanatı

(Oxunub - 4597)
Dünən keçirilən Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması olan “Xəzər Lənkəran” – “Makkabi” (Tel Aviv) oyunundan sonra klub rəhbərliyinin iclası keçirilib. İclasda növbəti mövsüm üçün klubun strategiyası və planları təyin olunmuşdur. Müzakirələrin nəticəsində klubun gələcəyinin yerli gənc futbolçularla bağlanması daha məqsədəuyğun hesab edilib. Bununla əlaqədar klub legioner və bir sıra yerli futbolçularla yollarını ayırmaq qərarına gəlib.
 
Qərara əsasən legionerlərə xərclənən vəsait bundan sonra gənc futbolçuların yetişdirilməsinə, aşağı yaş qruplarının təkmilləşməsinə yönəldiləcək ki, bunun da məqsədi “Xəzər Lənkəran”ın gələcəyinə və yerli futbolçuların inkişafına daha böyük töhvə verməkdir.
 
Klub rəhbərliyi bu strategiyanı yeganə doğru yol hesab edərək inanır ki, atılan bu addım “Xəzər Lənkəran”ın və Azərbaycan futbolunun ümumi inkişafına öz töhvəsini verəcək və sadiq azarkeşlər tərəfindən düzgün qarşılanacaq.
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.