Fan-klub
“Xəzər Lənkəran” 2004-cü ildə yaradılsa da, ölkəmizin ən populyar futbol klubudur. “Ağ-yaşıl” rənglərə könül verən insanlara komandanın təmsil etdiyi Lənkəranda, eləcə də cənub bölgəsinin digər şəhər və rayonlarında – Astarada, Masallıda, Lerikdə, Biləsuvarda və Neftçalada, paytaxt Bakı və Sumqayıtda da rast gəlmək olar. Təsadüfi deyil ki, komandamız Bakı təmsilçiləri ilə səfərdə qarşılaşdığı zaman belə tribunalara toplaşan futbolsevərlərin böyük əksəriyyəti “Xəzər Lənkəran”lı olur.
Azərbaycan çempionatı və Azərbaycan Kuboku yarışlarında bütün azarkeş rekodları “Xəzər Lənkəran” fanatlarına məxsusdur. İndiyədək Azərbaycan çempionatının ən çox azarkeş toplayan dörd oyununda “Xəzər Lənkəran” iştirak edib. Bu oyunlardan üçündə “Neftçi” ilə qarşılan komandamız, bir dəfə də “İnter”i sınağa çəkib.
Ötən mövsüm (2008/09) “Xəzər Lənkəran” ev oyunlarını keçirdiyi “Xəzər Lənkəran” mərkəzi stadionunda 16 dəfə meydana çıxıb. Bu oyunları rəsmi protokollar üzrə ümumilikdə 142800 nəfər azarkeş izləyib. Bu göstərici isə hər oyuna orta hesabla 8925 nəfərə bərabərdir. Ölkəmizin bütün digər klublarının göstəriciləri bu göstərici ilə müqayisə olunmaz dərəcədə aşağıdır.
Diqqət çəkən məqamlar arasında daha bir faktı vurğulamaq önəmlidir. “Xəzər Lənkəran”ın oyunlarına azarkeş marağı ildən-ilə artmaqdadır. Əgər 4-5 il öncə (mövsüm-2004/05) komandamızın ev oyunlarını orta hesabla 5270 nəfər seyr edirdisə, “Xəzər Lənkəran”ın “qızıl dubl”a imza atdığı 2006/07-ci illər mövsümündə bu rəqəm 6545-ə (Azərbaycan Kuboku uğrunda oyunları nəzərə almasaq, 6810 nəfər) çatmışdı. Artıq qeyd etdiyimiz kimi, ötənilki göstəricilər isə daha gözəgəlimlidir – 8925 nəfər. Özü də diqqətdən kənarda qalmamalıdır ki, bu göstərici “Xəzər Lənkəran” üçün uğurlu alınmayan 2008/09-cu illər mövsümündə qeydə alınıb.
“Xəzər Lənkəran” Futbol Klubunun rəsmi fan klubu – “Azarkeş Xəzər Lənkəran MMC” 2004-cü ilin avqust ayında yaradılıb və hazırda ölkənin ən kütləvi azarkeş birliklərindən sayılır. Mənzil-qərargahı “Xəzər Lənkəran” mərkəzi stadionunda yerləşən rəsmi fan kluba Samir Qasımov rəhbərlik edir. Fan klubun daimi üzvləri “Xəzər Lənkəran”ı həm ev, həm də səfər oyunları, o cümlədən xarici ölkələrdə keçirilən yarışlar zamanı dəstəksiz qoymurlar. Fan klubun sıralarına düşmək üçün sərt qaydalar tətbiq olunur. Buna baxmayaraq fan klubun üzvlərinin sayı durmadan artır. “Xəzər Lənkəran”ın “rəsmi fanat”ı olmaq istəyən hər bir kəs fan kluba yazılı şəkildə müraciət edə bilər.
Təsadüfi deyil ki, “Xəzər Lənkəran” Futbol Klubunun yaranmasında müstəsna xidmətləri olmuş, hazırda klubun fəxri prezidenti statusunu daşıyan Mübariz Mənsimov açıqlamalarının birində fan klub və fanatlarımız haqda fikirlərini bildirmişdir: “Bugün “Xəzər Lənkəran”ın fan klubu ölkənin ən boyuk strukturlarındandır və bu ilk növbədə azarkeşlərimizin simpatiya və sevgisi ilə əlaqədardır. Sevgi alınmır, onu qazanmaq lazımdır”.
“Xəzər Lənkəran”ın rəsmi fan klubundan başqa daha bir neçə müstəqil fan klubu və azarkeş qrupu da yaradılıb. Komandamızın Bakıdakı azarkeşlərini bir araya gətirən “Fırtına” fan klubu Azərbaycan futbolu tarixinə ilk müstəqil fanat qurumu kimi düşüb. “Bakılı” “Xəzər Lənkəran“lılar”la yanaşı komandamızı “12 oyunçu” azarkeş qrupu və “Bosman” fan klubu da dəstəkləyir. Bütün bu məqamlar “Xəzər Lənkəran”ın Azərbaycan futbolunda özünəməxsus və çox fərqli bir yer tutduğunu göstərir. Bütün bunlar ölkə futbolu adına qürurverici yeniliklərdir. Axı “Xəzər Lənkəran” yaradılanadək ölkənin heç bir klubu ətrafında belə böyük ajiotaja və ciddi fanat hərəkatına rast gəlinməmişdir.
Sonda bütün “Xəzər Lənkəran” azarkeşlərinə üz tutaraq komandanın hər zaman onların dəstəyinə ehtiyac duyduğunu vurğulamaq istəyirik. Klubun fəxri prezidenti Mübariz Mənsimovun sözlərini unutmayın: “Xəzər Lənkəran” azarkeşlərinin komandasıdır!”

”Xəzər Lənkəran” Futbol Klubunun rəsmi fan klubu – “Azarkeş Xəzər Lənkəran MMC”
Ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 20.
Əlaqə telefonu: +994 171 50099 // +994 50 392 4644
e-mail: fan_klub@lankaranfc.com
X. Lənkəran 1:1 QəbələUnibank Premyer Liqası, 31 turLənkəran şəhər Mərkəzi Stadionu5 may, 17:30
X. Lənkəran 4:1 QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may, 17:30
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu
11 may
| UPL tur oyunlari |
||
| 11 may |
||
| İnter |
1:0
|
Bakı |
| X. Lənkəran |
4:1
|
Qarabağ |
| Neftçi |
0:1
|
Qəbələ |
| 12 may | ||
| Rəvan |
3:2
|
Sumqayıt |
| Kəpəz |
0:1
|
Simurq |
| AZAL |
1:0
|
Turan |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 32 | 63 | |
| 2 | X.Lənkəran | 32 | 59 | |
| 3 | İnter | 32 | 56 | |
| 4 | Qarabağ | 32 | 53 | |
| 5 | Qəbələ | 32 | 52 | |
| 6 | Bakı | 32 | 50 | |
| 7 | AZAL | 32 | 44 | |
| 8 | Rəvan | 32 | 41 | |
| 9 | Simurq | 32 | 34 | |
| 10 | Kəpəz | 32 | 31 | |
| 11 | Turan | 32 | 25 | |
| 12 | Sumqayıt | 32 | 24 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 16 | |
| 2 | Yuri Fomenko | 11 | |
| 3 | Tales Şutz | 10 | |
| 4 | Flavio Aleks Valensio | 10 | |
| 5 | Zohair Benouahi | 10 | |
| 6 | Luiz Paulo Hilario | 9 |





