Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (22)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

Muzey

“Xəzər Lənkəran”ın muzeyi açıldı

Lənkəranda Azərbaycan və Finlandiya arasında keçirilmiş Dünya çempionatının seçmə mərhələ oyunundan öncə “Xəzər Lənkəran” mərkəzi stadionunun ərazisində klub muzeyinin rəsmi açılış mərasimi keçirilib.

Klub muzeyini geniş ictimaiyyətə təqdim etməklə Azərbaycanda daha bir ilkə imza atmış “Xəzər Lənkəran”ın tədbirində klubun fəxri prezidenti Mübariz Mənsimov və prezidenti Mais Mənsimovla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullyaev, Xarici Işlər Naziri Elmar Məmmədyarov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatı və AFFA-nın vitse-prezidenti Rauf Əliyev, PFL prezidenti Ramin Musayev və Milli məclisin bir sıra deputatı iştirak ediblər. Mötəbər qonaqlar muzeyin eksponatlarını (klubun tarixinə aid geyimlər, fotoşəkillər, mükafatlar və s.) seyr etdikdən sonra öz təəssüratları barədə fəxri qonaqlar kitabında qeydlər aparıblar.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.