Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (22)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

”Xəzər Lənkəran”da yeni mütəxəssis

(Oxunub - 3126)
Bugün “Xəzər Lənkəran” Futbol Klubu növbəti mühüm müqaviləyə imza atıb. Əsas komanda ilə yanaşı aşağı yaş qruplarını da daima diqqət mərkəzində saxlayan klubumuz bu səmtdə növbəti vacib addımını atdı. Belə ki, təcrübəli hollandiyalı məşqçi Fabian Veldviyk bundan sonra “Xəzər Lənkəran”da çalışacaq. İdman direktoru vəzifəsinə təyin olunan Veldviyk aşağı yaş qruplarına cavabdeh şəxs kimi bu sahəyə bilavasitə nəzarət edəcək.
Müxtəlif komandaların aşağı yaş qruplarında iş üzrə böyük təcrübəyə malik olan Veldviyk bu sahədə ixtisaslaşmış mütəxəssislərdəndir. Karyerası ərzində Hollandiyanın “Sparta” (Rotterdam), “Volendam” və “TOGR” klublarında uğurlu fəaliyyət göstərmiş məşqçi, həmçinin İngiltərənin “Blekbern Rovers” klubunda da çalışıb. Müxtəlif illərdə UEFA-nın “C”, “B” və “A” lisenziyalarını alan Veldviyk nəhayət 2010-cu ildə ən yüksək məşqçilik kateqoriyası sayılan “PRO” lisenziyasına da sahib olub. 37 yaşlı mütəxəssis ötən il Hollandiyanın “SCO`63” futbol klubu üçün Gənclərin İnkişafı Layihəsini hazırlamaqla öz karyerasında daha bir uğurlu addıma imza atmışdı.
Ən yuxarı kateqoriyaya malik olan məşqçinin işə cəlb olunması klubumuzun oyunçu yetişdirmə siyasətinə nə qədər ciddi yanaşdığının növbəti nümunəsidir. “Xəzər Lənkəran” Futbol Klubu mütəxəssisə klubdakı işində uğurlar arzulayır və onun işinin komandaya fayda verəcəyində əminliyini bildirir.
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.