”Xəzər Lənkəran” Futbol Klubunun bəyanatı
(Oxunub - 2041)
Unibank Premyer Liqasının son turu çərçivəsində “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra polis əməkdaşları və “Xəzər Lənkəran” azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb. Baş verənlərdən sonra “Xəzər Lənkəran” rəhbərliyi və DİN-in səlahiyyətli şəxsləri arasında görüş keçirilmiş, və yuxarıda göstərilən olaylar müzakirə edilmişdir. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirdi və belə halların təkrar olunmamasına ümidvar olduğunu ifadə etdi. Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmaması üçün polisin daha diqqətli olacağını vəd edib.
Klub olaraq bəyan edirik ki, “Xəzər Lənkəran” polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmaması üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyunda yer alan insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz.
“Xəzər Lənkəran” Futbol Klubu gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir.
X. Lənkəran 1:1 QəbələUnibank Premyer Liqası, 31 turLənkəran şəhər Mərkəzi Stadionu5 may, 17:30
X. Lənkəran 4:1 QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may, 17:30
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu
11 may
| UPL tur oyunlari |
||
| 11 may |
||
| İnter |
1:0
|
Bakı |
| X. Lənkəran |
4:1
|
Qarabağ |
| Neftçi |
0:1
|
Qəbələ |
| 12 may | ||
| Rəvan |
3:2
|
Sumqayıt |
| Kəpəz |
0:1
|
Simurq |
| AZAL |
1:0
|
Turan |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 32 | 63 | |
| 2 | X.Lənkəran | 32 | 59 | |
| 3 | İnter | 32 | 56 | |
| 4 | Qarabağ | 32 | 53 | |
| 5 | Qəbələ | 32 | 52 | |
| 6 | Bakı | 32 | 50 | |
| 7 | AZAL | 32 | 44 | |
| 8 | Rəvan | 32 | 41 | |
| 9 | Simurq | 32 | 34 | |
| 10 | Kəpəz | 32 | 31 | |
| 11 | Turan | 32 | 25 | |
| 12 | Sumqayıt | 32 | 24 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 16 | |
| 2 | Yuri Fomenko | 11 | |
| 3 | Tales Şutz | 10 | |
| 4 | Flavio Aleks Valensio | 10 | |
| 5 | Zohair Benouahi | 10 | |
| 6 | Luiz Paulo Hilario | 9 |





