Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (22)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

Azərbaycan kubokunun qalibi - ”Xəzər Lənkəran”

(Oxunub - 2559)
Mövsümün son qarşılaşmasında “Xəzər Lənkəran” Azərbaycan Kubokunun final oyununda “İnter”lə üz-üzə gəldi. 120 dəqiqəlik mübarizə və penalti seriyasından sonra komandamız qalib gələrək, kuboku Lənkərana apardı.
 
Mirça Rednik bu oyun üçün son görüşlərdə istifadə etdiyi taktiki sxemi seçdi. Yenə də irəlidə Opara-Parks cütlüyünə şans verildi, yarımmüdafiənin cinahlarında isə Pit və Vobay qərarlaşdılar. Mərkəzdə Dieqo Souza və Rahid Əmirquliyev var idi. 4-4-2 sxemi hücumlar zamanı Vobayın irəli keçməsi nəticəsində 4-3-3 sxeminə rahatlıqla keçirdi.
 
İlk dəqiqələrdən başlayaraq komandalar bir neçə qarşılıqlı hücum təşkil etdilər. Qapıya zərbələr olmasa da, hər iki tərəf yubanmadan rəqib cərimə meydançasına yaxınlaşmaq istəyirdi. “İnter” mərkəzdə, “Xəzər Lənkəran” isə cinahlarda yaxşı təsir bağışlayırdı.
Çempionatın son turundakı oyundan tam fərqli olaraq, bu dəfə komandamızda oyunun alındığını demək olar. Komandamız ötürmələrin müxtəlifliyi hesabına topu özündə daha çox saxlamağı bacarırdı və hissənin sonuna kimi üstünlüyü qoruya bildi. Cinahlardan mərkəzə və digər cinaha keçidlər çox rahat və effektiv alınırdı.
 
İlk yarıda “Xəzər Lənkəran”ın bir neçə əla imkanı oldu. Öncə cərimə zərbəsindən sonra sonra Pitin təxminən 12-14 metrdən zərbəsi müdafiəçilərə tuş gəldi. Ardınca Muşatın sol cinahdan verdiyi dəqiq asmanı qola çevirmək istəyən Parksın qarşısını müdafiəçilər aldı. Daha bir sol cinah asması Pitdən gəldi: Adrian özünü topa yetirən kimi dərhal cərimə meydançasına asma etsə də, Parks topa çata bilmədi.
 
Birinci hissənin ən yaxşılarından biri də Dieqo Souza idi. Braziliyalı futbolçu meydanın hər iki komandaya aid hissəsində böyük həcmdə iş görürdü. Hücum xətti ilə uğurla təmasda olan “5” nömrə, müdafiə xəttinə də xeyli kömək etdi.
 
Fasilədən sonra “Xəzər Lənkəran” dərhal irəli getdi. Öncə Vobay qapını yoxladı, lakin top müdafiədən döndü. Ardınca Parks topu silkələki, lakin yan hakimin bayrağı havada idi və Uinston oyunun ilk sarı vərəqəsini aldı.
 
Bir neçə dəqiqə sonra “İnter” qola çox yaxın oldu. Mərkəzdə top itkisi nəticəsində top Poşkusun önünə düşdü, sonuncu da saxlamadan qapıya zərbə endirdi. Müdafiəçilərə də toxunan top qapının bir neçə santimetrlik qapının üzərindən keçdi.
Komandamızın buna cavabı dərhal gəlməsə də, pis gəlmədi. Sol cinahdan rəqib müdafiəçini arxada qoyan Parks cərimə meydançasına daxil oldu. Uinston zərbə vurmaqdansa ötürmə etmək qərarına gəldi, lakin onun ötürməsini boş qapıdan keçirən tapılmadı.
 
73-cü dəqiqədə Mirça Rednik oyunda ilk dəyişikliyini etdi. Dieqo Souzanın yerinə oyuna Hristu Kyaku daxil oldu. Adətən Kyaku Oparanı əvəzləsə də, bu dəfə məşqçi hücumçulara dəyməmək qərarına gəldi və üstəlik daha bir hücumameyilli oyunçunu meydana atdı. Bu əvəzləmədən sonra Pit mərkəzə, Kyaku isə sola keçdi.
 
Əsas vaxtın sonuna 15 dəqiqə qalmış “İnter”in qapısı qarşısında daha bir təhlükəli epizod baş tutdu. Vobayın cərimə meydançasının daxilindən endirdiyi zərbə bir anlıq çoxlarına qol kimi gəlsə də, əslində top tora kənardan dəydi.
 
“İnter”in hücumlarının əksəriyyəti Poşkusa verilən uzun ötürmələrdən ibarət idi. Burada bizim müdafiənin mərkəzinin öhdəsinə böyük iş düşürdü ki, oyunçular bunun öhdəsindən gələ bilirdilər. Adəti üzrə, Skarlatake arxa xətdə əsas söz sahib idi. Manuel vaxtında düzgün qərar verməklə vəziyyətə nəzarəti əlində saxlayırdı.
 
İkinci hissənin sonuna yaxın Opara, Parks və Kyaku hərəyə bir dəfə qapını yoxladılar, lakin top qapıdan keçmirdi. “İnter”də isə Poşkus daha bir neçə dəfə uzun ötürmələrlə qapı ilə üz-üzə çıxarıldı, lakin Kamran çıxışlarda dəqiq idi. Beləliklə, ikinci hissə də qolsuz yekunlaşdı və düz üç il bundan qabaq olduğu kimi, oyun yenə əlavə vaxta getdi.
 
Əlavə vaxt başlayan kimi, “Xəzər Lənkəran” gözlmədən hücuma keçdi. Rahid Əmirquliyəv mərkəzlə əla sürət yığmaqla topu irəli də olan Parksa ötürdü. Topu qəbul edən Uinston cərimə meydançasının sağında özünəməxsus səliqə ilə rəqib müdafiəçiləri keçərək topu qapıya yolladı. Uinston bu mövsüm Azərbaycan Kubokunda dördüncü qolunu vurmaqla “Xəzr Lənkəran”ı nəhayət ki, hesabda irəli çıxardı. İrəlidə yarımsaata yaxın vaxt qalırdı.
 
Buraxılan qoldan sonra “İnter”də ikinci hücumçu Karlsons da meydana çıxdı. Oyunda həyəcan artmaq idi. Rəqibin cərimə zərbəsindən sonra Çervenka nəzarətsiz qalsa da topa çatmadı. Qapımıza doğru növbəti təhlükəli hücum isə qolla nəticələndi. Sağ cinahdan ötürülən topu Karlsons yaxın məsafədən tora saldı – 1:1. Hər şey yenidən başladı.
 
İlk əlavə hissənin sonunda “Xəzər Lənkəran”da daha bir dəyişiklik edildi – Vobayın yerinə Katalin Doman oyuna daxil oldu. Katalin özünün doğma sol cinahına keçdi, Kyaku isə oyunu sağda davam etdirdi. İkinci 15 dəqiqədə komandaların yorğunluğu hiss olunmağa başladı. Amma bununla belə oyunun ümumi tempi çox da aşağı düşmədi.
 
Komandamız son hücumlarını daha çox soldan həyata keçirirdi, ötürmələrin əsas ünvanı isə yenə Parks idi. İki halda Doman solda yaxşı mövqeyə açılsa da, topu çox irəli ataraq imkanları qaçırdı. Oyunun sonuna bir neçə dəqiqə qalmış komandamızın heyətində son dəyişiklik də baş verdi – Emeka Opara yerini Elnur Abdullayevə verdi. Beləliklə, əlavə vaxt da heç-heçə bitdi və titulun sahibinin adı penalti zərbələrindən sonra məlum olmalı idi.
 
İlk olaraq nöqtəyə Mureşan yaxınlaşdı və dəqiq oldu. Ardınca Karlsons da dəqiq oldu. İkinci zərbəni vurmalı olan Elnur Abdullayev isə sürüşərək, topu qapıdan xeyli yuxarı vurdu. “İnter”dən ikinci zərbəni Çervenka vurdu və onun da topu qapıya getmədi. Pit və Kyaku da penaltiləri dəqiq yerinə yetirdilər. Rəqibin üçüncü zərbəsini isə Kamran Ağayev dəf etdi. Beləliklə, kuboku Lənkərana qaytarmaq üçün bir dəqiq zərbə lazım idi. Bu məsuliyyəti üzərinə gənc Nikulae Muşat götürdü – və işinin öhdəsindən gəldi.
 
Beləliklə, “Xəzər Lənkəran” 2010/2011 mövsümündə Azərbaycan Kubokunun sahibi olaraq, tarixində üçüncü dəfə bu trofeyi başı üzərinə qaldırdı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.