Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (22)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

Rövşən Əhmədovun ”Bakı” - ”Xəzər Lənkəran” oyununda səhvlərlə dolu idarəçiliyi (VİDEO)

(Oxunub - 3854)
“Xəzər Lənkəran” FK rəsmi saytı Azərbaycan Kuboku çərçivəsində “Bakı” – “Xəzər Lənkəran” oyununun baş hakimi Rövşən Əhmədovun görüş ərzində verdiyi səhv qərarların videoçarxlarını sizin diqqətinizə çatdırır.
 
Epizod 1. “Xəzər Lənkəran”ın futbolçusu Andrei Mureşan rəqib futbolçuya yüngül toxunur və hakim cərimə zərbəsi təyin edir.
 
 
Epizod 2. “Xəzər Lənkəran”ın futbolçusu Julius Vobayın irəliləməsinin qarşısını rəqib futbolçu itələmək hesabına alır. Hakim oyunu davam etdirir.
 
 
Epizod 3. “Xəzər Lənkəran”ın futbolçusu Dieqo Souza rəqiblə mübarizə zamanı heç bir kobudluq etməsə də, hakim oyunu saxlayır.
 
 
Epizod 4. “Xəzər Lənkəran”ın futbolçusu Julius Vobayın irəliləməsini rəqib futbolçu arxadan ayağa müdaxilə etməklə alır, topa ümumiyyətlə heç bir müdaxilə yoxdur. Lakin hakim oyunu davam etdirir.
 
 
Epizod 5. “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev meydanın mərkəzində rəqiblə hava mübarizəsinə gedir. Bu yüngül fol heç bir təhlükəli hücumun qarşısını almır. Lakin hakim Elnur Allahverdiyevə absurd sarı vərəqə göstərir.
 
 
Epizod 6. “Xəzər Lənkəran”ın futbolçusu Uinston Parks topu qəbul edərkən rəqib futbolçu ona maneçilik törədir, lakin hakimin fiti susur.
 
 
Epizod 7. “Xəzər Lənkəran”ın futbolçusu Adrian Pitin sürətlə irəliləməsini rəqib futbolçu arxadan müdaxilə etməklə dayandırır. Bu epizodda təhlükəli hücumun qarşısı alınsa da, hakim sarı vərəqə göstərmir.
 
 
Epizod 8. “Xəzər Lənkəran”ın futbolçusu Dieqo Souza olduqca təhlükəli şəkildə rəqib tərəfindən saxlanılır. Lakin hakim oyunu davam etdirir, halbuki burada ən azı sarı vərəqə verilməli idi.
 
 
Epizod 9. Rəqib futbolçusu İbrahim Karqbo heç bir lüzum olmadan yerdə qalır və hakim oyunu saxlamaqla “Xəzər Lənkəran”ın təhlükəli hücumunu dayandırır.
 
 
Epizod 10. “Xəzər Lənkəran”ın futbolçusu Uinston Parks topu qəbul edərək rəqibdən yayınmaq istəsə də, futbolçu onu dartıb saxlayır, lakin hakim oyunu davam etdirir.
 
 
Epizod 11. “Xəzər Lənkəran”ın futbolçusu Uinston Parksı rəqib futbolçu iki əli ilə tutub saxlayır və hərəkət etməyə imkan vermir, lakin hakim bu epizoda göz yumur.
 
 
Epizod 12. “Xəzər Lənkəran”ın futbolçusu Emeka Opara rəqib futbolçu tərəfindən kobudluqla saxlanılır. Topsuz oyun zamanı oyunçuya arxadan müdaxilə edilir, lakin hakim sarı vərəqə göstərmir.
 
 
Epizod 13. “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake hava mübarizəsində heç bir kobudluq etməsə də, hakim oyunu saxlayır və hücum dayanır.
 
 
Epizod 14. “Xəzər Lənkəran”ın futbolçusu Dieqo Souza rəqib futbolçu ilə çiyin-çiyinə mübarizə apardığı zaman, rəqib futbolçu yerə yıxılır. Cərimənin olub-olmaması mübahisəli olan epizodda, hakim Dieqo Souzaya sarı vərəqə göstərir.
 
 
Epizod 15. Rəqib futbolçu İbrahim Karqbo “Xəzər Lənkəran”ın futbolçusu Emeka Oparaya qarşı olduqca təhlükəli oynayır. Topa çatmaq üçün heç bir şansı olmayan futbolçu açıq-aşkar Emeka Oparanın ayağına gedir. Qırmızı vərəqə verilməli epizodda, hakim sarı vərəqə göstərir.
 
 
Epizod 16. Rəqib futbolçu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyevin üstünə açıq ayaqla gedir, lakin hakim hətta cərimə zərbəsi təyin etmir.
 
 
Epizod 17. “Xəzər Lənkəran”ın futbolçusu Uinston Parks hava mübarizəsində qaydalar xaricində heç nə etməsə də, hakim onun qaydanı pozduğunu iddia edir.
 
 
Epizod 18. Rəqib futbolçu İbrahim Karqbo adi epizodda topu saxlamaq üçün bilərəkdən əlindən istifadə edir, lakin ikinci sarı vərəqə ilə cəzalanmır.
 
 
Epizod 19. Növbəti dəfə İbrahim Karqbo kobudluq edir. Bu dəfə Nikulae Muşatın irəliləməsinin qarşısı arxadan ayağa müdaxilə etməklə alınır, lakin hakim oyunu davam etdirir.
 
 
Epizod 20. Rəqib futbolçu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevə qapıçı meydançası daxilində maneçilik yaradır, lakin hakim oyunu davam etdirir.
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.