Axtarış
Video
 
 
Rəsmi himn
Online TV
 


Prinsiplərimiz
Sorğu
 
Hansı qış transferini ən uğurlu hesab edirsiniz?

Sadio Tounkara (20)

Salif Ballo (3)

Radomir Todorov (10)

Roberto Alviz (37)

Rendall Brenes (22)

Stevan Bates (7)


e-mail Forgot password?




RSS
   
 AZ             RU             EN


PalHaber

Netty Winner 2010
"Xəzər Lənkəran" Unibank Premyer Liqasını ikinci yerdə bitirdi

Baş məşqçimiz ad gününü qeyd edir

(Oxunub - 1388)
Bu gün “Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Mirça Rednikin ad günüdür. Onun 49 yaşı tamam olur.
 
Rumıniya və Belçika vətəndaşı olan Mirça Rednik klubumuzda 2010-cu ilin yayından çalışır. Keçən müddət ərzində Rednikin sayəsində komandamız Unibank Premyer Liqası çərçivəsində 26 oyun keçirərək turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, Azərbaycan kubokunda isə yarımfinala çıxıb.
 
Mirça Rednik 1962-ci il təvəllüdlüdür. Doğma rumın dilindən başqa o, fransız, ingilis və italyan dillərində danışır. Futbolçu karyerasını 1978-ci ildə “Korvinul” Xunedoara klubunda başlayıb. Bu komandanın heyətində 3 il ərzində 96 oyunda iştirak edib, rəqiblərin qapısına 6 qol vurub. 1990-1991-ci illərdə Rednik Türkiyənin “Bursaspor” klubunda oynayıb, və burada 22 matçda iştirak edərək 2 qol vurub. Ən uzun müddət Rednik Lyejin “Standard” klubunun şərəfini qoruyub (1991-1996-ci illər). O, bu klubun 156 qarşılaşmasında iştirak edib və 4 qol vurub. 1996-1997-ci illərdə Rednik Belçikanın “St.-Trudens” klubunda oynayıb və bu komandanın heyətində 14 oyun keçirib. Futbolçu karyerasını Rednik Buxarestin “Rapid” klubunda (1997-2000-ci illər) tamamlayıb. Bu klubun heyətində o 89 oyunda çıxış edərək 2 qol vurub.
 
Rednik 1984-cü ildə Fransada keçirilən Avropa çempionatının 3 oyununun və 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının 4 oyununun iştirakçısıdır.
 
O, 1984, 1990 və 1999-cu illərdə Rumıniya çempionu olub, Rumıniya kubokunun 1984, 1986, 1990 və 1998-ci illərdə, və Belçika kubokunun 1993-cü ildə qalibi olub.
 
Futbol karyerasını tamamlayan kimi Rednik elə həmin 2000-ci ildə məşqçiliyə başlayıb. Belə ki o, 2000-2001-ci illərdə Buxarestin “Rapid” klubunda baş məşqçi qismində çalışıb. 2001-ci ildə Rednik “Bakeu” futbol klubunu çalişdirib, 2002-ci ildə isə yenidən 2 il müddətinə “Rapid” klubuna qayıdıb. 2003-2004-cü illərdə Rednik Səudiyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. 2004-də o “Universitatya” Kraiova, 2004-2006-da “Vasluy”, 2006-2007-də “Dinamo” Buxarest, 2007-2008-də “Rapid” Buxarest, 2008-2009-da yenidən “Dinamo” Buxarest komandalarında çalışıb. “Xəzər Lənkəran”a keçməzdən əvvəl Rednikin son iş yeri Rusiyanın “Alaniya” Vladikavkaz komandası olub. Məşqçi orada 2009-cu ildə işləyib.
 
Məşqçi qismində Rednik bir çox nailiyyətlər əldə edib. O, 2003-cü ildə “Rapid”lə və 2007-ci ildə “Dinamo” ilə Rumıniya çempionu adını qazanıb. Rednik Mirça Luçeskudan sonra yeganə məşqçidir ki Rumıniya çempionatını iki məxtəlif komanda ilə udub. 2002-ci il Rumıniya kubokunun, 2002 və 2003-cü illər bu ölkənin superkubokunun qalibi olub.
 
2003-də və 2007-də Rednik Rumıniyada İlin məşqçisi tituluna layiq görülüb.
 
2004-cü ildə o “Əl-Nəsr” komandası ilə Dəməşq kubokunu qazanıb.
 
2005-ci ildə Rednik “Vasluy” komandasını heç bir oyunda uduzmayaraq Rumıniyanın premyer liqasına çıxarıb.
 
Rednik Çempionlar liqasının 2003 və 2007-ci illərdə və UEFA kubokunun 2001, 2004, 2005 və 2008-ci illərdə iştirakçısı olub.
“Alaniya” ilə çempionatı üçüncü yerdə bitirib və bununla da komandanın Rusiya premyer liqasına çıxışını təmin edib.
 
“Xəzər Lənkəran” futbol klubu başda klub Prezidenti Mais Mənsimov olmaqla Mirça Redniki ad günü münasibətilə təbrik edir, ona can sağlığı və işində yeni müvəffəqiyyətlər arzulayır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.