Mirça Rednik: ”Komandamız bu gün 100 faizlik hazırdır”
(Oxunub - 1748)
“Bakı” ilə oyuna hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bugün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Elnur Allahverdiyev, Julius Vobay və Aleks Pitsurka istisna olmaqla heyətin bütün digər oyunçular məşqdə iştirak etdilər. Milli yığmanın düşərgəsindən qayıdan Kamran Ağayev və Rahid Əmirquliyev də məşq edən oyunçuların sıralarında idi. Məşqi keçirdikdən sonra komandamızın baş məşqçisi Mirça Rednik bir neçə sualımıza cavab verdi.
- Ümumilikdə sabahkı oyun haqqında fikirlərinizi bilmək istərdik.
“Bakı”nın iki son oyununu izləmişəm. Məşqçi dəyişikliyindən sonra onların oyununda inkişaf var, daha təşkilatlanmış şəkildə oynayırlar. Lakin bizim bu dəqiqə turnir vəziyyətimiz belədir ki, yalnız qələbəyə oynamalıyıq. Əgər çempion olmaq istəyiriksə digər variantı nəzərimizdən keçirə bilmərik.
- “Neftçi” ilə ilin ilk oyunundan sonra komandanın 60 faiz hazır olduğunu söyləmişdiniz. Bəs hal-hazırda vəziyyət necədir?
Mən indi 100 faiz hazır olduğumuzu deyə bilərəm. Amma mən son iki oyunda cəmi bir xal qazandığımızdan çox narahatam. Komandanın oyununda anlaşma normal səviyyədədir və biz bunu daha da mükəmməl səviyyəyə çatdırmalıyıq. Ümid edirəm ki, məhz sabahkı qarşılaşmada yaxşı oyunumuzu göstərə biləcəyik.
- Yığmamızın son görüşü barədə nə deyə bilərsiniz? Futbolçularımızın o oyundakı çıxışından nə dərəcədə razı qaldınız?
Ümumiyyətlə, oyunun belə nəticələndiyi məni təccübləndirir. Azərbaycan oyunçuları kifayət qədər keyfiyyətə malikdirlər. Oyunçuların belə səfər oyunlarına xüsusi köklənməsi lazımdır, daha da ciddi münasibət tələb olunur. Komanda risk etməyə hazır olmalıdır, həddindən artıq ehtiyatlı oynamaq olmaz.
Öz oyunçularımdan isə razı qaldım. Kamran da, Rahid də yaxşı oyun keçirdilər. Sadəcə Rahidin mövqeyi barədə seçimlə razı deyiləm. O yarımmüdafiənin sağında qərarlaşmışdı, amma düşünürəm ki, bu onun üçün çətinliklər yaradır və Rahidin göstəricilərinin orada çıxış etməyə imkan vermir. Fikrimcə, onun üçün ən yaxşı mövqe məhz mərkəzdir.
- Zədəli Elnur Allhaverdiyevin əvəzinə hansı futbolçunun oynayacağını dəqiqləşdirmisinizmi?
Hələ dəqiq qərar verməmişəm. Müxtəlif variantlar var. Məsələn, Muşat sol cinahdan əlavə sağda da oynaya bilir. Muşat sağda oynasa, Simao sol cinahda qərarlaşacaq. Ola bilsin ki, Kyaku həmin mövqedə oynasın. Bir sözlə, dəqiq qərar sabah veriləcək.
Bundan əlavə Vobayla bağlı problemimiz var. O beş gün əvvəl milli komandasının düşərgəsinə yollanmışdı və yalnız bugün axşam bizə qoşulacaq. Bu səbəbdən onun sabah oynaması sual altındadır.
X. Lənkəran 1:1 QəbələUnibank Premyer Liqası, 31 turLənkəran şəhər Mərkəzi Stadionu5 may, 17:30
X. Lənkəran 4:1 QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may, 17:30
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu
11 may
| UPL tur oyunlari |
||
| 11 may |
||
| İnter |
1:0
|
Bakı |
| X. Lənkəran |
4:1
|
Qarabağ |
| Neftçi |
0:1
|
Qəbələ |
| 12 may | ||
| Rəvan |
3:2
|
Sumqayıt |
| Kəpəz |
0:1
|
Simurq |
| AZAL |
1:0
|
Turan |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 32 | 63 | |
| 2 | X.Lənkəran | 32 | 59 | |
| 3 | İnter | 32 | 56 | |
| 4 | Qarabağ | 32 | 53 | |
| 5 | Qəbələ | 32 | 52 | |
| 6 | Bakı | 32 | 50 | |
| 7 | AZAL | 32 | 44 | |
| 8 | Rəvan | 32 | 41 | |
| 9 | Simurq | 32 | 34 | |
| 10 | Kəpəz | 32 | 31 | |
| 11 | Turan | 32 | 25 | |
| 12 | Sumqayıt | 32 | 24 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 16 | |
| 2 | Yuri Fomenko | 11 | |
| 3 | Tales Şutz | 10 | |
| 4 | Flavio Aleks Valensio | 10 | |
| 5 | Zohair Benouahi | 10 | |
| 6 | Luiz Paulo Hilario | 9 |





