”Xəzər Lənkəran” Futbol Klubunun AFFA prezidentinə müraciəti
(Oxunub - 1329)
"Xəzər Lənkəran" Futbol Klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti cənab Rövnəq Abdullayevə açıq məktubla müraciət edir.
Hörmətli Rövnəq müəllim!
Başçılığınız altında ölkə futbolunda gedən müsbət dəyişikliklərə kölgə salındığını bir daha diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Bir tərəfdən bu idman növündə genişmiqyaslı tədbirlər görüldüyü halda, digər tərəfdən müxtəlif şəxslərin işə qeyri-peşəkar şəkildə yanaşması çoxdandır ki, adət halını alıb. Bütün bunların nəticəsində istər federasiya səviyyəsində Sizin gördüyünüz işin, istər klub səviyyəsində bizim gördüyümüz işin lazımi nəticə verməsi mümkünsüz olur.
Bu mövsüm “Xəzər Lənkəran” müxtəlif oyunlarda hakimlərin qeyri-obyektiv idarəçiliyi ilə üzləşib və bununla bağlı faktlarla tədiqlənmiş etirazını ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Azərbaycan Kubokunun ½ final mərhələsinin cavab oyunu olan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması da neqativ hallarla yadda qaldı. Bu qarşılaşmanın baş hakimi Rövşən Əhmədovun bütün oyun ərzində komandamıza qarşı verdiyi ədalətsiz qərarlar növbəti dəfə Hakimlər Komitəsinin işinin aşağı səviyyədə təşkil olunduğunu növbəti dəfə sübut etdi. Qeyd olunan görüşdə baş hakimin etdiyi səhvləri nümayiş etdirən videoçarxlar da klubumuzun rəsmi saytında yaxın vaxtda yerləşdiriləcək.
Hakimlik futbolun ən vacib tərkib hissələrindən biridir, və hazırda ümümi inkişafın fonunda ölkədə futbol hakimlərinin işində bu qədər qüsurun olması artıq ciddi addımların atılmasının zəruriliyini göstərir. Oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilən şəxslərin özbaşınalığının qarşısı alınmaması, bu Azərbaycan futbolunun geri addımlaması ilə nəticələnir.
“Xəzər Lənkəran” Futbol Klubu yarandığı tarixdən ölkədə futbola olan marağın artmasına və bu sahədə yaranan canlanmaya özünün böyük tövhəsini verib. Əlbəttə, bu günə kimi əldə etdiyimiz və gələcəkdə əldə etməkdə israrlı olduğumuz nailiyyətlər müvafiq sərmayenin qoyulması nəticəsində gerçəkləşib. Və bunun müqabilində ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı nəticəsində getdiyimiz yolda yaranan maneələr bizi narahat etməyə bilməz.
Bu cür hallar təkcə bizim kluba yox, bütün ölkə futboluna böyük ziyan verir. Nəzərə alaq ki, klubumuzda və ümumilikdə ölkədə müxtəlif ölkələrdən olan əcnəbi futbolçu və məşqçilər var. Xarici ölkə təmsilçilərinin gözündə Azərbaycan futbolunun imicinin düşməsi də, yuxarıda qeyd etdiyimiz qeyri-peşəkarlığın daha bir nəticəsidir.
Bütün bunları nəzərə alıb Hakimlər Komitəsinin işindəki nöqsanları araşdırıb, bu orqanın tərkibində qüsurlara yol verən şəxslərin cəzalandırılacağına ümid bəsləyirik.
"Xəzər Lənkəran" Futbol Klubu
X. Lənkəran 1:1 QəbələUnibank Premyer Liqası, 31 turLənkəran şəhər Mərkəzi Stadionu5 may, 17:30
X. Lənkəran 4:1 QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may, 17:30
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu11 may
X. Lənkəran -:- QarabağUnibank Premyer Liqası, 32 turLənkəran şəhər Mərkəzi Stadionu
11 may
| UPL tur oyunlari |
||
| 11 may |
||
| İnter |
1:0
|
Bakı |
| X. Lənkəran |
4:1
|
Qarabağ |
| Neftçi |
0:1
|
Qəbələ |
| 12 may | ||
| Rəvan |
3:2
|
Sumqayıt |
| Kəpəz |
0:1
|
Simurq |
| AZAL |
1:0
|
Turan |
| Y | Komanda | O | X | |
| 1 | Neftçi | 32 | 63 | |
| 2 | X.Lənkəran | 32 | 59 | |
| 3 | İnter | 32 | 56 | |
| 4 | Qarabağ | 32 | 53 | |
| 5 | Qəbələ | 32 | 52 | |
| 6 | Bakı | 32 | 50 | |
| 7 | AZAL | 32 | 44 | |
| 8 | Rəvan | 32 | 41 | |
| 9 | Simurq | 32 | 34 | |
| 10 | Kəpəz | 32 | 31 | |
| 11 | Turan | 32 | 25 | |
| 12 | Sumqayıt | 32 | 24 |
| Y | Oyunçu | K | Q |
| 1 | Bahodir Nasimov | 16 | |
| 2 | Yuri Fomenko | 11 | |
| 3 | Tales Şutz | 10 | |
| 4 | Flavio Aleks Valensio | 10 | |
| 5 | Zohair Benouahi | 10 | |
| 6 | Luiz Paulo Hilario | 9 |





